Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''nın bütün futbolçuları onu dəstəkləyirlər”

''Barselona''nın bütün futbolçuları onu dəstəkləyirlər”

Tarix: 18 Dekabr 2023 05:36

"Barselona"nın müdafiəçisi Joau Kanselu Kataloniya klubunun oyunçularının Xavinin məşqçilik ideyalarını qəbul etmədikləri ilə bağlı yayılan iddialara münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o deyib: "Biz hamımız Xavini dəstəkləyirik. Mətbuatın dediklərini unudun, mən sizə həm özüm, həm də komanda yoldaşlarım haqqında həqiqəti deyirəm. O, heyrətamiz insan və əfsanədir! Xavi həmişə komandaya nəyin faydalı olacağını axtarır. Onunla işləmək çox xoşdur".

Xatırladaq ki, daha əvvəl mətbuatda "Barselona"nın bəzi futbolçularının Xavinin məşqçilik üsullarını ciddiyə almaması ilə bağlı xəbərlər yayılmışdı. Xüsusilə, yarımmüdafiəçilər İlkay Gündoğan, Frenki de Yonq, hücumçu Robert Levandovski, qapıçı Mark-Andre ter Ştegenin adları çəkilib.

Milli.Az


Etiketlər:  Barselonanın bütün futbolçuları dəstəkləyirlər


RƏYLƏR