Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2023 18:30
Vaqif Mustafazadənin anım gününə həsr olunmuş "Gələcəyin ulduzları" adlı konsert proqramı keçirilib.
V.Mustafazadə Ev Muzeyinin müdiri və V.Mustafazadə xeyriyyə fondunun sədri Afaq Əliyevanın təşkilatçılığı ilə 2023-cü ilin Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar dahi bəstəkar, caz-muğamının banisi Vaqif Mustafazadənin anım gününə həsr olunmuş Beynəlxalq Muğam Mərkəzində "Gələcəyin ulduzları" adlı konsert proqramı keçirildi. Açılışda Afaq Əliyeva ilə V.Mustafazadə xeyriyyə fondunun vitse-prezidenti, beynəlxalq müsabiqələr laureatı, əməkdar artist Emil əfrasiyab da çıxış edib.
Konsertdə caz muğamının ulduzlarının istedadlı övladları iştirak etdiler. Konsertdə ilk öncə xalq artisti Azər Zeynalovun oğlu Fərid Zeynalov V.Mustafazadənin "Mart" əsərini ifa etdi. V.Mustafazadə adına 2 nömrəli musiqi məktəbinin şagirdi İsa Bağırov "Fantaziya" əsərini , əməkdar artist Şahin Növrəslinin oğlu Mirsəməd "Will Power" , Vüsal Aydəmirov, İbrahim Babayev "Bayati Şiraz", əməkdar artist Emil Əfrasiyabın oğlu Cavad Məmmədov "Bahar" , xalq artisti Ənvər Sadıqbəylinin oğlu Hidayət Sadıqbəyli "Ürəyimdə qal" , Məhəmməd Allahverdiyev "Əzizə" , Cavanşir Abdullayev "Tallin Mayda" , Elxan Niftiyev "Melodiya" , Emil Əhmədzadə və müğənni Nazilə "Yollar" , Səməd Vurğunun nəticəsi Vurğun Vəkilov "Ana" , Elmar Hüseynov "Ömrün Səhifələri" , və "Sabah" xoru "Cənnətin Qarabağ" əsərini ifa etdilər.
Hər il olduğu kimi ,bu ildə V.Mustafazadə adına xeyriyyə fondu öz aktsiyasını davam etdirir.Bunun vasitesi ilə V.Mustafazadənin yaradıcılığı və əsərləri şagirdlər , gənclər və tələbələr arasında geniş maraq dairəsinə səbəb olur. Beləliklə yeni nəsil gənc caz musiqiçilər yetişir.