Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov Ahmed Sengando ilə görüşüb - FOTO

Ceyhun Bayramov Ahmed Sengando ilə görüşüb - FOTO

Tarix: 19 Dekabr 2023 18:42

Nazir Ceyhun Bayramov Təşkilatla qurulan sıx əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayıb. Bu il Bakıda İƏT-in Əmək Mərkəzinin açılışının təşkilat çərçivəsində münasibətləri daha da irəli aparacağı qeyd olunub. Aparılacaq birgə işlərin əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.

Müzakirələr zamanı tərəflər Əfqanıstanda sülh və sabitliyin əhəmiyyətini vurğulayıblar. İƏT Baş katibinin nümayəndəsi Əfqanıstan üzrə təmasları və görüşləri, eləcə də Təşkilatın bölgədə planları barədə ətraflı məlumat verib.

Azərbaycanın bölgənin qonşuluğunda yerləşən dövlət olaraq, Əfqanıstandakı vəziyyəti yaxından izləndiyi vurğulanıb.

Tərəflər eyni zamanda, ölkəmiz ilə İƏT arasında mövcud humanitar, sosial və mədəni əməkdaşlıqdan məmnun olduqlarını bildirib, birgə mədəni tədbirlər üzrə planlar ilə bölüşüblər.

Tərəflər eyni zamanda, qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Ahmed Sengando ilə görüşüb FOTO


RƏYLƏR