Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 08:06
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVID-19 virusunun yeni ştamı ("JN.1") "nəzarətdə saxlanılan variantlar" siyahısından çıxarılaraq "diqqət tələb edən" variantlar siyahısına daxil edilib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu dəyişiklik yeni ştamın Şimal yarımkürəsində rastgəlmə tezliyinin gün keçdikcə artması nəticəsində olub.
ÜST-də mövcud olan məlumatlar göstərir ki, "JN.1"in yaratdığı əlavə qlobal ictimai sağlamlıq riski hazırda aşağı səviyyədə qiymətləndirilir.
Buna baxmayaraq, Şimal yarımkürəsində qışın başlaması ilə "JN.1" bir çox ölkələrdə respirator infeksiyaların yükünü artıra bilər.
Qeyd edək ki, indiyədək Azərbaycanda ümumilikdə 834 189 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 770 nəfər müalicə olunaraq sağalıb, hazırda 42 aktiv xəstə var. Bu günə qədər 10 377 nəfər vəfat edib.