Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 08:54
2023-cü ildə dünyanın ən pis davranışlı turistləri məlum olub.
Sonxeber.net qafqazinfo.az-a istinadən sözügedən turisləri həmin siyahıya aid edən davranışları təqdim edir:
Florensiyada "Ponte Vecchio" körpüsü
İtaliya uzun müddətdir ki, ona əyləncə parkı kimi baxan turistlər üçün pis davranış mərkəzi olub. Belə ki, amerikalı turist Florensiyada piyadalar üçün nəzərdə tutulmuş "Ponte Vecchio" körpüsündən avtomobillə keçib. Buna görə sözügedən turist 500 avro cərimələnib.
Avstriyanın Hallstatt kəndi
Avstriyanın Hallstatt kəndi yay mövsümü başlayan kimi turistlərin selfi çəkdirmələri üçün vazkeçilməz məkan olub. Turistlərin hədsiz selfi çəkdirmələrini nəzərə alan səlahiyyətlilər maraq doğuran mənzərənin qarşısını hasarla kəsməyi qərara alıblar. Bildirilib ki, 800 sakinin yaşadığı kəndə gündə 10 000-ə yaxın ziyarətçi gəlir.
Çində park
Bu ilin fevral ayında Çində yerləşən parkların birində böyük ağ köpəkbalığının yanında yemək zamanı canlı yayım edən turits saxlanılıb. O, 125 000 yuan (təxminən 17 650 dollar) cərimə edilib.
Romanın Kolizey abidəsi
İyun ayında Romanın Kolizey muzeyində ingiltərəli turist 2000 illik abidəyə "İvan + Hayley 23" yazısını oyub. Polislər onu saxlayandan sonra abidənin neçə yaşı olduğunu bilmədiyini deyib. Hazırda həmin turistin məhkəmə prosesi davam edir.
Romanın Vatikan muzeyi
Romanın daha bir muzeyində - Vatikanda xoşagəlməz hadisə yaşanıb. Belə ki, amerikalı turist eramızın ikinci əsrinə aid iki Roma heykəlini bilərəkdən zədələyib. Həmin şəxsin heykəlləri "bütpərəst" hesab etdiyi üçün sındırdığı deyilsə də, turistin vəkili bununla razılaşmayıb. O, müvəkkilinin "Qüds sindromu"ndan əziyyət çəkdiyini deyərək hadisənin qeyri-iradi baş verdiyini bildirib.