Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2023 08:50
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola rekorda imza atıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, onun komandası klublararası dünya çempionatının finalında Braziliya "Fluminense"sini 4:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
"Opta"nın yaydığı məlumata görə, bununla da Xosep Qvardiola karyerasında 4-cü dəfə klublararası dünya çempionatının qalibi olub. Bu isə rekord deməkdir. O, "Real" ilə 3 dəfə klublararası dünya çempionatını qazanan Karlo Ançelottini qabaqlayıb.
Xatırladaq ki, Qvardiola 2009-cu və 2011-ci illərdə "Barselona" ilə, 2013-cü ildə isə "Bavariya" ilə bu titulu əldə edib.
Əlavə edək ki, ilk klublararası dünya çempionatı 2000-ci ildə keçirilib.