Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beynəlxalq axtarışda olan narkobaron belə saxlanıldı - ANBAAN VİDEO

Beynəlxalq axtarışda olan narkobaron belə saxlanıldı - ANBAAN VİDEO

Tarix: 23 Dekabr 2023 18:06

"G-42" kodu ilə beynəlxalq axtarışda olan narkobaron Zəfər Ramazan Türkiyənin Mersin şəhərində tutulub.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Zəfər Ramazanın tutulması üçün MİT və polis birgə əməliyyat keçirib.

İl Təhlükəsizlik Müdirliyindən verilən açıqlamaya görə, beynəlxalq narkotik ticarəti ilə bağlı aparılan texniki və fiziki araşdırmalar zamanı narkobaron Zəfər Ramazan  haqqında məlumatlar əldə edilib. "G-42" kodu ilə axtarılan Ramazanın ən son Mersində olduğu aşkar edilib. Texniki və fiziki təqibdən sonra əldə edilən məlumata əsasən, mərkəzi Mezitli rayonunun Akdeniz səmtində xüsusi əməliyyat və dron dəstəyi ilə həyata keçirilən əməliyyatda narkobaron Zəfər Ramazan tutularaq saxlanılıb. Bildirilib ki, araşdırmalar hələ də davam edir.

Milli.Az


Etiketlər:  Beynəlxalq axtarışda olan narkobaron belə saxlanıldı ANBAAN VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ