Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzindən Prezidentə təbrik məktubu

İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzindən Prezidentə təbrik məktubu

Tarix: 23 Dekabr 2023 22:06

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyəti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik etməkdən, ali dövləti fəaliyyətinizdə Sizə uğurlar diləməkdən şərəf duyuruq.

Sizin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gənclərinin həmrəyliyi və inkişafı ilə bağlı qəti mövqeyinizin ifadəsi olaraq, 2004-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Baş Assambleyasının təsis iclasının keçirilməsinə, onun İƏT-in üzv qurumu olaraq beynəlxalq təsisat kimi formalaşmasına və inkişafına, eləcə də İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə Bakıda ev sahibliyi edilməsinə Azərbaycan hökumətinin davamlı dəstəyi regionun digər liderləri üçün parlaq nümunədir. Forumun beynəlxalq təşkilat kimi təsis edilməsini Azərbaycan Respublikasının İƏT-ə verdiyi mühüm töhfə kimi qeyd etməyiniz bizi daim qürurlandırır. İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyətinə göstərdiyiniz etimadla və dəstəklə fəxr edir, bu etimadı doğrultmaq üçün səylərimizi əsirgəməməyə çalışırıq.

Sizin müdrik siyasətinizin nəticəsi olaraq Azərbaycanın bu il bütün əraziləri üzərində tam hüquqi nəzarətini bərpa etməsi təkcə Azərbaycan tarixində deyil, İslam ölkələri tarixində də son iki yüz ildə işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində əldə edilmiş ilk və böyük uğurdur. Biz müsəlman ölkələri gəncləri adından bu Qələbəni böyük sevinc və fərəh hissi ilə qarşıladıq.

Şuşa şəhərinin gələn il İslam dünyasının həm mədəniyyət, həm də gənclər paytaxtı seçilməsi müsəlman dünyasında Sizin nüfuzunuzun bariz göstəricisidir. Biz inanırıq ki, gələn il Azərbaycan, xüsusilə Şuşa şəhəri müsəlman gənclərinin həmrəylik mərkəzi olacaqdır.

2024-cü ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Sizə uğurlar arzu edir və Sizin inamlı qələbənizə inanırıq.

Möhtərəm Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, müvəffəqiyyətlər və firavanlıq arzulayırıq.

Sizə olan ən yüksək ehtiramımızı və xoş arzularımızı qəbul etməyinizi xahiş edirik".

Milli.Az


Etiketlər:  İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzindən Prezidentə təbrik məktubu


RƏYLƏR