Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pişik videoları izləməyin insan orqanizminə olan təsirləri açıqlandı

Pişik videoları izləməyin insan orqanizminə olan təsirləri açıqlandı

Tarix: 24 Dekabr 2023 11:03

Statistikaya görə internetdə ən çox izlənən görüntülər arasında pişiklə bağlı videolar üstünlük təşkil edir. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, İndiana Universitetinini tədqiqatçıları tərəfindən aparılan araşdırma bu videoların populyarlığının elmi izahını verib.

Alimlər 7000 nəfərdən pişik videolarına baxmağı və bunun onların əhval-ruhiyyəsinə necə təsir etdiyini təsvir etmələrini istəyiblər.

Məlum olub ki, istifadəçilər əsasən işdə və ya dərs oxuyarkən onları izləyiblər. Sorğunun nəticələrinə əsasən pişiklər haqqında onlayn videoya baxan insanlar özlərini daha enerjili və pozitiv hiss etdiklərini, narahatlıq və kədər kimi mənfi emosiyalardan azad olduqları müşahidə edilib.

O da öyrənilib ki, belə videolara daha çox pişik sahibləri və utancaq insanlar baxırlar.

Milli.Az


Etiketlər:  Pişik videoları izləməyin insan orqanizminə olan təsirləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ