Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Depressiya, əzələ qıcolması, tövşümə varsa - Bədəndə nə çatışmır?

Depressiya, əzələ qıcolması, tövşümə varsa - Bədəndə nə çatışmır?

Tarix: 25 Dekabr 2023 06:33

Kalsium olmadan sümük, əzələ və hüceyrələr normal işləyə bilməz. Orqanizmdə 150 prosesdə iştirak edən kalsiy təzyiqə və qanın laxtalanmasına da təsir edir.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, böyük adamın orqanizmində 1,2 min qram kalsiy var.

Onun 99% sümüklərdə, 1%-i mayedədir.

Orqanizmdə kalsium balansını parathormon vəziləri tənzimləyir. Çox hallarda defisit D vitamini əskikliyi, zəif qidalanmadan olur.

Kalsiy defisinin simptomları - əzələlərin qıcolması, atması, bədəndə keyimələr, tənəffüsdə problem, aşağı təzyiq və ürəkdə problemlərlə özünü göstərir.

Xroniki defisitdə dişlər tökülür, dırnaqlar qırılır, gözdə katarakta oluyr, depressiya, şəxsiyyət dəyişməsi, əqli zəiflik və psixoz belə ola bilər.

Kalsium çox olduqda və yaxşı mənimsənilmədikdə kalsifikasiya gedir- toxuma və damarlarda yığılır, bu da damar tutulmasına səbəb olur. Bu vəziyyət də təhlükəlidir.

Kalsium balansı üçün Günəş işığı, D vitamini, yağlı qida, kalsiumlu ərzaqlar lazımdır. Kəsmik, qatıq və yoqurtu bol edin.


Etiketlər:  Depressiya əzələ qıcolması tövşümə varsa Bədəndə çatışmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ