Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gələn il “Yüksəliş” müsabiqəsinin keçirilməsinə bir milyon manat ayrılıb

Gələn il “Yüksəliş” müsabiqəsinin keçirilməsinə bir milyon manat ayrılıb

Tarix: 25 Dekabr 2023 11:30

Prezident İlham Əliyev 2024-cü ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, 2024-cü ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az


Etiketlər:  Gələn il Yüksəliş müsabiqəsinin keçirilməsinə bir milyon manat ayrılıb


RƏYLƏR