Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Çelsi” çətin durumda - 12 itki

“Çelsi” çətin durumda - 12 itki

Tarix: 25 Dekabr 2023 13:50

"Çelsi" çətin durumla üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Maurisio Poçettino 12 futbolçunun xidmətindən məhrum olub.

Premyer Liqanın XIX turunun "Kristal Pelas"la matçına çıxa bilməyəcək oyunçulara Lesli Uqoçukvu da qoşulub. Yarımmüdafiəçi "Vulverhempton"la görüşdə (1:2) xəsarət alıb.

Digər zədəlilər Ben Çiluell, Robert Sançes, Trevo Çaloba, Karni Çukvuemeka, Mark Kukurelya, Uesli Fofana və Ris Ceyms bərpa prosesini davam etdirir. Koul Palmer və Rahim Sterlinq isə sarı vərəqələr üzündən cəzalı duruma düşüb. Moyses Kaysedo ilə Entso Fernandes isə xəstələnib.

Qeyd edək ki, "Çelsi" "Kristal Pelas"la dekabrın 27-də qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Çelsi çətin durumda 12 itki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ