Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2023 19:20
Putin qalib gəlsə, necə olacaq? - Bloombergin geniş məqaləsi bu sualla başlayır.
Sözügedən məqalədə yer alan iddiaları təqdim edirik:
▪️ Ukraynaya hərbi dəstək olmasa, Rusiya yeni əraziləri ələ keçirməyə və daha çox infrastrukturu məhv etməyə çalışacaq.
▪️ Cəbhədəki çıxılmaz vəziyyət müharibənin uzun illər davam etməsinə səbəb ola bilər. Sonda Kiyev Moskvanın təklif etdiyi atəşkəs şərtlərini qəbul etməyə məcbur olacaq.
▪️ Effektiv müdafiədən məhrum olan Ukrayna partizan savaşına keçə bilər ki, bu da ölkənin Aİ ilə şərq sərhədində qeyri-sabitliyə gətirib çıxara bilər.
▪️ Putin Ukraynada qələbə qazanarsa, bir ilə və ya bir neçə ilə baltikyanı ölkələrə hücum edə bilər.
▪️ Rusiyanın qələbəsi Avropa İttifaqı ölkələrinə kütləvi qaçqın axını ilə nəticələnəcək ki, bu da ittifaq ölkələrində gərginliyi artıracaq.
▪️ Rusiyanın qələbəsi ABŞ-nin müttəfiqlərində rəsmi Vaşinqtona qarşı etibarlılığı azaldacaq. Bunun da nəticəsi olaraq bəzi Avropa ölkələri ABŞ ilə deyil Rusiya və Çinlə əməkdaşlığa üstünlük verəcək.