Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur idmançını motosiklet vurdu

Məşhur idmançını motosiklet vurdu

Tarix: 26 Dekabr 2023 08:40

Braziliyalı triatlonçu Luisa Baptistanı məşq zamanı motosiklet vurub.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.

Bildirilir ki, idmançı velosiped sürərkən motosikletçi idarəetməni itirərək tam sürətlə onu vurub. Qəzanın hər iki iştirakçısı yaralanıb - motosikletçi orta ağır xəsarətlər alıb, Luisa ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bir neçə gün xəstəxanada qaldıqdan sonra 29 yaşlı Baptistanın vəziyyəti stabil və ağır olaraq qalır. O, artıq əməliyyat olunub. Əlavə edək ki, Baptista fərdi yarışda və qarışıq estafetdə qalib gəldiyi 2019 Panamerika Oyunlarının ikiqat çempionudur. Luisa 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadada da ölkəsini təmsil edib.


Etiketlər:  Məşhur idmançını motosiklet vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ