Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyevdən Sankt-Peterburqda onu salamlayan qusarlara özünəməxsus jest - VİDEO

İlham Əliyevdən Sankt-Peterburqda onu salamlayan qusarlara özünəməxsus jest - VİDEO

Tarix: 26 Dekabr 2023 20:30

Rusiyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev qusarlar tərəfindən özünəməxsus şəkildə qarşılanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Görüntülər Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşünün davam etdiyi Tsarskoye selo muzey qoruğunda qeydə alınıb.

Kadrlarda qusarların İlham Əliyevi üç dəfə "Ura" sədası ilə salamlaması əks olunur. Azərbaycanın dövlət başçısı isə gülümsəyərək onları hərbi salamla cavablayır.

Xatırladaq ki, Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin tərəfindən Yeni il qabağı ənənəvi olaraq dəvət edilən MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.

Milli.Az


Etiketlər:  İlham Əliyevdən Sankt Peterburqda onu salamlayan qusarlara özünəməxsus jest VİDEO


RƏYLƏR