Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada qadın mer saxlanıldı

Rusiyada qadın mer saxlanıldı

Tarix: 27 Dekabr 2023 13:56

Rusiyanın Kurqan şəhərinin meri Yelena Sitnikova təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, artıq onun kabinetində axtarışlar aparılıb.

Sitnikovanın saxlanılması 2023-cü ilin yazında meşə yanğınları zamanı bir neçə vətəndaşın həlak olması ilə əlaqələndirilir. Hesab edilir ki, vətəndaşların təhlükəsizliyi və yanğınların nəticələrinin aradan qaldırılması ilə bağlı işlər lazımi səviyyədə təşkil olunmayıb. Ümumilikdə, tüğyan edən təbii fəlakət nəticəsində bölgədə 20-yə yaxın insan həyatını itirib.

Bundan əlavə, şəhər sakinlərinin də Sitnikovadan şikayətləri var. Belə ki, bir neçə ay əvvəl sakinlər İstintaq Komitəsinə müraciət edərək II Çasovaya küçəsindəki filialın təmiri ilə bağlı vədləri yerinə yetirmədiyinə görə məmurun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş ediblər. Hazırda bu şikayətlərə baxılır.


Etiketlər:  Rusiyada qadın saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ