Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Facebook hesabınızı itirə bilərsiniz - Onlara aldanmayın - FOTO

Facebook hesabınızı itirə bilərsiniz - Onlara aldanmayın - FOTO

Tarix: 27 Dekabr 2023 18:44

Son zamanlar kiberdələduzlar tərəfindən "Facebook" sosial şəbəkəsində müxtəlif adlarda saxta dələduzluq səhifələri yaradılır.

Milli.Az Elektron Təhlükəsizlik Xidmətinin (ETX) yaydığı məlumata istinadən xəbər verir ki, dələduzlar, səhifələrində bir çox şirkətlərin "Facebook" səhifələrini qeyd edərək, onların silinəcəyinə dair həqiqəti əks etdirməyən məlumatlar paylaşırlar. Belə ki, paylaşımlarda "Facebook"a daxil olmaq üçün saxta keçidlər vasitəsilə istifadəçilərin giriş məlumatları tələb edilir. Məlumatlar daxil edildikdən sonra "Facebook" hesabının dələduzlar tərəfindən ələ keçirilməsi halı müşahidə olunur.

Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı tövsiyə edir.

Milli.Az


Etiketlər:  Facebook hesabınızı itirə bilərsiniz Onlara aldanmayın FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ