Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Manata inamı artırmaq üçün hansı addım atılacaq?

Manata inamı artırmaq üçün hansı addım atılacaq?

Tarix: 28 Dekabr 2023 12:28

Orta aylıq əməkhaqqının əmək məhsuldarlığı ilə müqayisədə daha sürətlə artması uzunmüddətli dövrdə inflyasiya riskləri doğurur.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilib.

Qeyd olunub ki, 2024-cü ildə də pul siyasəti qərarlarının qəbulu zamanı valyuta bazarında gedən proseslər nəzərə alınacaq. Növbəti ildə də manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalını məhdudlaşdıracağı gözlənilinir. İnflyasiya proseslərlərinin idarə edilməsində mühüm rolunu nəzərə alaraq Mərkəzi Bank 2024-ci ildə də nominal effektiv məzənnənin dinamikasını sıx monitorinq edəcək. Tədiyə balansının vəziyyəti, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər olacaq.

Mərkəzi Bank məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcək. Habelə əhalinin milli valyutaya inamının daha da artırılması üçün dedollarizasiya siyasəti davam etdiriləcək.


Etiketlər:  Manata inamı artırmaq üçün hansı addım atılacaq


RƏYLƏR