Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2023-də ABŞ-ın Ukraynaya etdiyi yardımın həcmi...

2023-də ABŞ-ın Ukraynaya etdiyi yardımın həcmi...

Tarix: 29 Dekabr 2023 06:52

Bu il ərzində ABŞ Ukraynaya ümumi dəyəri 24 milyard dollardan çox olan 34 hərbi yardım paketi göndərib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski X şəbəkəsində yazıb.

O bildirib ki, yardım paketlərinə ATACMS, DPİCM, HHM, raketlər, artilleriya mərmiləri, minatəmizləmə vasitələri və digər kritik əhəmiyyətli vasitələr daxildir.

Zelenski xatırladıb ki, geridə buraxdığımız il ərzində Ukraynaya F-16 qırıcılarının verilməsi ilə bağlı tarixi qərar qəbul olunub.

Dövlət başçısı dünən açıqlanan 250 milyon dollarlıq hərbi yardım paketinə görə Prezident Co Baydenə, Konqresə və Amerika xalqına təşəkkür edib.

Milli.Az


Etiketlər:  2023 ABŞ ın Ukraynaya etdiyi yardımın həcmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ