Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın bu qərarı Güneyi təhqir etməkdir - Cavadi

İranın bu qərarı Güneyi təhqir etməkdir - Cavadi

Tarix: 29 Dekabr 2023 08:50

İran xarici işlər naziri Abdullahian Ermənistana Təbrizdə konsuluq açılmasının təklif edildiyini və bunun razılaşdırıldığını bildirib. Bu, əlbəttə ki, Təbrizdə normal qarşılana bilməz.

Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

O bildirib ki, bu, əslində Quzeydən daha çox, Güney Azərbaycana bir mesajdır:

"Hətta bizi təhqir etmək və aşağılamaqdır. Son aylar Milli Hərəkatda canlanma müşahidə edirik, bu səbəbdən İran Güney Azərbaycana Təbrizdə söz haqqının kimdə olduğunu göstərmək istəyir. Təbii ki, Təbriz buna razı deyil və bunun nəticələrini tez bir zamanda görəcəyik. İstər siyasi qurumlar, istər xalqımız buna reaksiya verəcək".

Güney Azərbaycan Cümhuriyyət Partiyasının media təmsilçisi Barış Bozqurd isə İranın illərdir yürütdüyü antiazərbaycan siyasətinə toxunub:

"Təbrizdə Ermənistan konsulluğunun açılması qərarı bu təxribatların növbəti nümunəsidir. Özünü şiə və müsəlman adlandırmasına baxmayaraq, İkinci Qarabağ müharibəsində də Azərbaycanın deyil, Ermənistanın yanında oldu. Bu, Güney Azərbaycanda narahatlıq yaratdı. İranın belə siyasətinə qarşı güneylilər küçələrə çıxıb, öz etirazını bildirdi. İndi də İranın atdığı son addım istər xalq, istərsə də sosial mediada kəskin etiraz yaradıb. Güney Azərbaycanın siyasi təşkilatı olaraq belə bir işin olmasına qarşıyıq. Buna var gücümüzlə etirazımızı bildiririk. Çünki bütün İran ərazisində olan ermənilərin sayı 20-25 min arasındadır. Bu rəqəmlərin özü də şübhəlidir. Ola bilsin ki, daha azdır. Şərqi Azərbaycanda yaşayan erməni əhalisinin dəqiq sayına isə rast gələ bilmədim. Ermənilər, əsasən Tehran və İsfahanda yaşayır. Şərqi Azərbaycanda isə sayları o qədər deyil ki, Təbrizdə onlar üçün konsulluq yaradılsın. Biz yaxşı başa düşürük ki, bu siyasət Azərbaycanın bütövlüyünə qarşıdır. Buna isə təəccüblənmirik, İranın ənənəvi siyasəti həmişə bu cür olub. Bu addım, eyni zamanda Milli Hərəkata qarşı psixoloji təzyiqdir. Bununla da bizə qarşı savaş açdığını göstərir".


Etiketlər:  İranın qərarı Güneyi təhqir etməkdir Cavadi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ