Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya çempionu klubunu dəyişir

Dünya çempionu klubunu dəyişir

Tarix: 29 Dekabr 2023 10:50

"Tottenhem"in qapıçısı Uqo Lyoris karyerasını okeanın o tayında davam etdirməyə yaxındır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ABŞ təmsilçisi, MLS-də çıxış edən "Los-Anceles" onu heyətinə qatmağa yaxındır. Tərəflər danışıqların yekun mərhələsindədir. Bu barədə "X" sosial şəbəkəsində jurnalist Fabritsio Romano məlumat verib.

Mənbənin məlumatına görə, "Tottenhem" artıq 37 yaşlı qolkiperin Amerika klubuna transferinə razılıq verib. Daha əvvəl mətbuatda fransalı futbolçunun İngiltərənin "Nyukasl" klubuna keçə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Xatırladaq ki, Lyoris bu mövsüm "Tottenhem"in start heyətində yerini, keçən yay kluba qoşulan Quglielmo Vikarioya uduzub. Qapıçı 2023/2024 mövsümündə bir dəqiqə belə meydanda olmayıb.

O, 2012-ci ildən "mahmızlar"da çıxış edir. Bu müddət ərzində 444 qarşılaşmada iştirak edib, bunun 151-də qapını toxunulmaz saxlayıb. Fransa millisinin üzvü 2018-ci ildə keçirilən dünya çempionatının qalibi olub.

Milli.Az


Etiketlər:  Dünya çempionu klubunu dəyişir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ