Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu vəzifəli şəxslərin siyahısında dəyişikliklər edildi

Bu vəzifəli şəxslərin siyahısında dəyişikliklər edildi

Tarix: 29 Dekabr 2023 13:18

"Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişikliklər edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.

Sənədlə 55-2.4-cü bənddə "Respublikasının Xüsusi Dövlət Mühafizə" sözləri "Respublikası Prezidentinin Təhlükəsizlik" sözləri ilə əvəz edilib.

Müvafiq bənd dəyişiklikdən əvvəl belə idi:

"İnzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti adından ― Xidmətin rəisi, onun müavinləri, Xidmətin Aparatının müvafiq strukturlarının rəhbərləri (rəisləri), Xidmətin hərbi hissələrinin komandirləri".

Sənədə aşağıdakı məzmunda 55-2.8-ci və 55-2.9-cu bəndlər əlavə edilib:

"55-2.8. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti adından - Xidmətin rəisi, onun müavinləri, Xidmətin Aparatının müvafiq strukturlarının rəhbərləri (rəisləri);

55-2.9. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi adından - Agentliyin rəisi, onun müavinləri, Agentliyin Aparatının müvafiq strukturlarının rəhbərləri (rəisləri).".

Sənədin 65-1-ci hissəsində "Dövlət Mühafizə" sözləri "Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət" sözləri ilə, "Feldyeger Rabitəsi İdarəsinin" sözləri "Xidmətin Aparatının müvafiq strukturunun" sözləri ilə əvəz edilib.


Etiketlər:  vəzifəli şəxslərin siyahısında dəyişikliklər edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ