Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiya Cənubi Koreyaya nota verib

Yaponiya Cənubi Koreyaya nota verib

Tarix: 29 Dekabr 2023 21:34

Yaponiya mübahisəli Takesima adaları yaxınlığında hərbi təlimlər keçirdiyinə görə Cənubi Koreyaya etiraz notası göndərib.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Cənubi Koreyanın Yaponiyadakı səfirliyinin nümayəndəsinə bu cür hərəkətlərin tamamilə yolverilməz və son dərəcə təəssüf doğurduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl "Yonhap" informasiya agentliyi mənbələrinə istinadən bu bölgədə hərbi manevrlərin keçirildiyini məlumat verib.

Takesima (Tokto) ümumi sahəsi 0,188 kvadratkilometr olan kiçik adalar qrupudur. Adalar Koreya yarımadasının şərqində yerləşir. Bu yaşayış olmayan qayalıq ərazilər 1945-ci ildən beynəlxalq mübahisə obyektinə çevrilib. Hazırda adalara Cənubi Koreya Silahlı Qüvvələri nəzarət edir.

Milli.Az


Etiketlər:  Yaponiya Cənubi Koreyaya nota verib


RƏYLƏR