Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərazi iddiası savaşa çevrilir: Britaniya qüvvə göndərdi - Prezident orduya əmr verdi

Ərazi iddiası savaşa çevrilir: Britaniya qüvvə göndərdi - Prezident orduya əmr verdi

Tarix: 30 Dekabr 2023 01:16

Venesuela Prezidenti Nikolas Maduro Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "HMS Trent" gəmisinin Qayana sahillərində lövbər salmasına sərt reaksiya verib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, o, bundan sonra Şərqi Karib hövzəsində müdafiənin gücləndirilməsi və Venesuelanın Atlantik okeanı sahillərində hərbi təlimlərin keçirilməsi barədə göstəriş verib.

Maduro Britaniyanın qərarını "Venesuela xalqına qarşı təhdid" adlandırıb.

Onun sözlərinə görə, Venesuela ərazi mübahisəsini həll etmək üçün Qayana ilə əldə edilmiş razılaşmaya əməl edir: "Amma haradan gəlməsindən asılı olmayaraq, təhlükəyə qarşı passiv qala bilməz və ona proporsional cavab verəcək".

Prezident Britaniyanın addımına cavab olaraq, silahlı qüvvələrin müdafiəsinin gücləndirilməsini tapşırıb və Atlantik okeanı sahilləri yaxınlığında hərbi təlimlərin keçirilməsini əmr edib.

Ətraflı
Qeyd edək ki, bundan əvvəl Britaniyanın Qayanaya diplomatik və hərbi dəstək göstərmək üçün Karib dənizinə "Trent" patrul gəmisini göndərəcəyi açıqlanmışdı.

İki ölkə hazırda Qayananın tərkibində olan Essekibo bölgəsi üzərində mübahisə edir. Venesuela bölgənin ona aid olduğunu bildirir.

Qayana Britaniyanın müstəmləkəsi olanda, 1899-cu ildə qəbul olunmuş sərhəd arbitraj qərarına əsasən, Essekibo çayı ölkənin qərb sərhədi kimi müəyyən olunub. Amma 1966-cı ildə müstəqilliyini qazanan, 1970-ci ildə BMT-yə daxil olan Qayana bu sərhədi tanımayıb və Essekibonu öz ərazisi elan edib.

Milli.Az


Etiketlər:  Ərazi iddiası savaşa çevrilir Britaniya qüvvə göndərdi Prezident orduya əmr verdi


RƏYLƏR