Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sünnət toyunda rekord: Pulları saymaq üçün altı komanda yaradıldı

Sünnət toyunda rekord: Pulları saymaq üçün altı komanda yaradıldı

Tarix: 31 Dekabr 2023 11:22

Əslən Qars şəhərindən olan köklü ailənin (aşiret) oğulları üçün təşkil etdiyi sünnət toyu Türkiyədə gündəm olub. Belə ki, mərasim üçün verilən hədiyyələr və yığılan vəsait rekord həddə çatıb.

Milli.Az yenisabah.az-a istinadən bildirir ki, Mərasim İstanbulda keçirilib.

Bildirilir ki, yeddi yaşlı uşağın mərasimində 12,5 milyon lirədən çox (722,2 min manat) pul yazılıb. Bundan başqa, ona dörddəbirlik və yarımlıq qızıl sikkələr, hətta maşın hədiyyə edilib.

Mərasimə ümumilikdə altı min qonaq qatılıb.

Məlumata görə, dəstə-dəstə pulların çamadanlara sığmadığı sünnət toyunda vəsaiti hesablamaq üçün altı masada altı fərqli komanda yaradılıb.

Milli.Az


Etiketlər:  Sünnət toyunda rekord Pulları saymaq üçün altı komanda yaradıldı


RƏYLƏR