Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2024 22:06
Amerikalı neyrocərrah Rahul Djandial beynin aktivliyini qorumaq üçün nootrop dərmanlardan da təsirli 3 üsulu açıqlayıb.
Sonxeber.net xəbər verir ki, indi beyni aktivləşdirmək, sinir sistemini tənzimləmək üçün varlıdan tutmuş kasıblara kimi nootrop dərmanlara aludə olub.
Alim bu dərmanları "sübut olunmamış və mənasız cəfəngiyyat" adlandırıb.
Rahul sınadığı daha effektiv metodlarını təklif edir. O, özü fasiləli acqalmanı sınayır
Gün ərzində 16 saat ac qalmaq. Belə ki, o, səhər 9-dan 5-ə kimi normal qaydada yeyir, amma sonrakı 16 saatı heç bir qida qəbul etmir və səhər yeməyini də yemir. O yalnız su, çay içir.
Djandialın sözlərinə görə, 16 saatlıq qida aclığı beyin neyronlarını təbii yolla bərpa edir. Beynin aktivliyini, itiliyini artırır.
Eləcə də Con Hopkins Universitetində aparılan elmi tədqiqat sübut edib ki, belə fasiləli aclıq beyində gedən neyrodegenerativ xəstəliklərin, Alsgeymer, Parkinsonun qarşısını alır, yaddaşı itiləyir.
Eləcə də Rahul tənəffüs məşqləri təklif edir:
"Gündə bir neçə dəfə sakit bir guşədə burundan dərindən nəfəs alıb, 5ə kimi sayaraq nəfəsi saxlayın, sonra aramla ağızdan nəfəsi buraxın".
Bu da beyin qan dövranını, oksigen təminatını yaxşılaşdırır. /medicina.az