Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

B 3 vitamini çatışmazlığının əlamətləri

B 3 vitamini çatışmazlığının əlamətləri

Tarix: 2 Yanvar 2024 05:30

B 3 vitamini B qrup vitaminləri içində az xatırlanan, az istifadə olunan növdür. Niasin və ya nikotin turşusu adlanan B 3 orqanizmin enerji mənbəyidir.

Sinir sistemi, dəri və beyin onunla qidalanır.

Milli.Az tibbdə B 3 vitamini çatışmazlığının əsas əlamətlərinin 3 D olduğunu bildirir: yəni demensiya, diareya, dermatit.

Əgər sizdə əqli, beyin fəaliyyətində pozulma, diqqətsizlik, yaddaşsızlıq varsa, dərinizdə dermatit yaranıbsa, ishaldan əziyyət çəkirsizsə, deməli, sizdə 3 D sindromu - yəni kəskin B3 vitamini əskikliyi var.

İştahın azalması, çəkidə itki, qarında spastik ağrılar, ürəkbulanma, qıcıqlanma, əsəbilik də B 3 defisitindən ola bilir.

B 3 lə zəngin qidalar yumurta, balıq, ət, taxıl, paxlalılar, göbələk və təzə tərəvəzlərdir.

Defisit varsa hazır nikotin turşusu, yəni B 3 qəbul edə bilərsiz.
Bu vitamin yüksək dozada qəbul etmək olmaz.

Sutkalıq doza 30 mq kifayətdir. /medicina.az

Milli.Az


Etiketlər:  B 3 vitamini çatışmazlığının əlamətləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ