Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bədənində 50 xalı olanı nə gözləyir?

Bədənində 50 xalı olanı nə gözləyir?

Tarix: 2 Yanvar 2024 23:30

Bədənində 50-ə yaxın xal olan insanlarda melanoma riski yüksəkdir.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, onkoloq Maksijm Astraxançev bu barədə xəbərdar edib.

"Xallardan bir neçəsinin forma və ölçüsünü dəyişməsi təhlükəli məqamdır.

Elmi araşdırmalar sübut edib ki, bədənində 30-40 xalı olanlar təhlükədədir. Onlar dərilərini UB şüalardan ciddi qorumalıdır. Həmişə yüksək qoruculu SPF kremlər çəkməlidir.

Ayda bir dəfə xallarınızı müayinə edin. Ən böyük xallarda dəyişiklik varmı, rəngi tündləşibmi?

Şübhəli xal görsəz, onko dermatoloqa gedin, xaldan analiz götürülüb, xoş və ya bəd olması yoxlanılmalıdır.

Hazırda melanoma dünyada sürətlə artır".


Etiketlər:  Bədənində xalı olanı gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ