Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb (VİDEO)

Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb (VİDEO)

Tarix: 11 Noyabr 2019 00:16

Bakı. Trend:

Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursunun uğurla başa çatması münasibətilə mərasim keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimov bildirib ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi kursda hədəfləri zərgər dəqiqliyi ilə məhv etməyi bacaran peşəkar snayperlər yetişdirilib.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Abdullah Açık dostluq və qardaşlığı özündə əks etdirən kursda qazanılan nailiyyətlərdən danışıb.

Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi Rüfət Tağızadə ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazır olduqlarını bildirib.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub və məzunlarla xatirə şəkli çəkdirilib.


Etiketlər:  Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb VİDEO


RƏYLƏR