Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandakı partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub

İrandakı partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub

Tarix: 3 Yanvar 2024 19:08

İranın cənub-şərqindəki Kirman vilayətində baş verən partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.

"Kirmanda terror aktı qurbanlarına kömək üçün partlayış yerinə göndərilən 3 xilasedici ikinci partlayış zamanı həlak olub", - məlumatda bildirilir.

Qeyd edək ki, İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində 103 nəfər ölüb, daha 141 insan yaralanıb.

İRNA-nın məlumatına görə, birinci partlayış Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.

Kirman qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib.

Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.

Milli.Az


Etiketlər:  İrandakı partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ