Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azı 6 uşağı öldürən vəhşi heyvan tutuldu

Azı 6 uşağı öldürən vəhşi heyvan tutuldu

Tarix: 4 Yanvar 2024 12:26

Hindistanın Uttar-Pradeş ştatında meşə təsərrüfatı idarəsinin əməkdaşları azı altı uşağın ölümünə səbəb olduğu güman edilən bəbiri ələ keçiriblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, heyvan Belva kəndi yaxınlığında tutulub.

Yırtıcının hücumları ilə bağlı xəbərlərdən sonra meşə idarəsi Dehli və Kəlkütədən mütəxəssisləri çağıraraq heyvanı tutmaq üçün əraziyə dörd qrup göndəriblər.

Bildirlir ki, iki aydır Suhelva qoruğunda kəndlilər arasında qorxuya səbəb olan heyvan videokameralarla təchiz edilmiş dronlar sayəsində aşkarlanıb.

Bəbirə sakitləşdirici iynə vurulub və qəfəsə salınıb. O, Qoraxpur şəhərindəki zooparka göndərilərək mütəxəssislər tərəfindən müayinə olunacaq və yırtıcının gələcək taleyi ilə bağlı qərar veriləcək.

Milli.Az


Etiketlər:  Azı 6 uşağı öldürən vəhşi heyvan tutuldu


RƏYLƏR