Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa 2023-cü ildə 4,5 mindən çox əcnəbini ölkədən çıxarıb

Fransa 2023-cü ildə 4,5 mindən çox əcnəbini ölkədən çıxarıb

Tarix: 4 Yanvar 2024 20:38

Fransa 2023-cü ildə qanuni pozmuş 4 686 əcnəbini ölkədən çıxarıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu rəqəm 2022-ci ilin müvafiq göstəricisindən 30% çoxdur. Vurğulanıb ki, iki həftə əvvəl, gərgin siyasi müzakirələr fonunda, ölkədən çıxarılma prosedurlarını asanlaşdırmaq üçün immiqrasiya qanun layihəsi qəbul edilib.

2022-ci ildə Fransa hakimiyyəti 3 615, 2021-ci ildə isə 1,8 min əcnəbini ciddi qanun pozuntusu olmasa belə ölkədən çıxarıb.

Daxili İşlər Nazirliyi əlavə edib ki, bu siyahılara terrorçuluğu və radikallaşmanı təbliğ edən şəxslər daxil deyil.

Parisdə prefektlərin iclasına sədrlik edən Fransanın daxili işlər naziri Gerald Darmanin bu ilk nəticəni alqışlayıb və dərc olunan kimi işin, xüsusən də immiqrasiya qanunu vasitəsilə daha da sürətləndirilməsinə çağırıb.

Milli.Az


Etiketlər:  Fransa 2023 ildə 45 mindən çox əcnəbini ölkədən çıxarıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ