Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna ordusu Krıma PUA-larla zərbə endirdi

Ukrayna ordusu Krıma PUA-larla zərbə endirdi

Tarix: 5 Yanvar 2024 11:46

Ukrayna ordusu ilhaq olunmuş Krım yarımadasına və Rusiyanın digər şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təkcə Krım səmasında Ukraynanın 36 PUA-sı vurulub. Yarımadaya hücum zamanı ölən və dağıntı olub-olmadığı açıqlanmayıb.

Rusiyanın Belqorod vilayətində isə 10 PUA zərərsizləşdirilib. Hücum nəticəsində dağıntılar əmələ gəlib, avtomobillər zədələnib, azı 2 nəfər yaralanıb.

Daha bir PUA isə Novorossiysk vilayətində vurulub.

Milli.Az


Etiketlər:  Ukrayna ordusu Krıma PUA larla zərbə endirdi


RƏYLƏR