Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağzı ilə nəfəs alanlar tez qocalır – Həkim

Ağzı ilə nəfəs alanlar tez qocalır – Həkim

Tarix: 6 Yanvar 2024 22:42

Ağızla nəfəs alma burunda problem olanlarda aktivdir. Burnu ilə yox, ağzı ilə nəfəs alanlarda dişlərdə əyilmə, boğazda problem, apnoe- yuxuda boğulma, orqanizmin erkən qocalması baş verir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, ortodont həkim Kseniya Puşkina ağız tənəffüsünün təhlükəli təsirlərindən danışıb.

"Belə nəfəsalma orqanizmə siqaret çəkmədən daha zərərlidir. Bu tənəffüs zamabnı orqanizm monooksid azot adlı maddədən məhrum qalır. Bu maddə tənəffüs yollarını virus və bakteriyalardan qoruyan filtr rolunu oynayır.

Azot yalnız burunla nəfəs aldıqda yaranır və burun içərisində damarları genişləndirib, daha çox oksigen qəbul etməyə səbəb olur. Bu yolla orqanizm bərpası üçün impuls alır, vegetativ sinir sistemi yaxşılaşır.

Çox insan heç bilmir, burunla nəfəs alır, ya ağızla. Daha çox gecə ağzı açıq yatanlarda apnoe əmələ gəlir.

Bu adamların burnu həmişə tutulmuş olur, sanki fısıldayır, burnunda danışır, badamcıqlarında tıxac, irin yaranır.

Nə qədər çox ağızla nəfəs alırsızsa, bir o qədər burun tutulur. Nəticədə siz burun damcıları olmadan yaşaya bilmirsiz. Son nəticə isə əməliyyatdır.

Ağzıyla nəfəs alanların uşaqlıqdan üzü formasını dəyişir: onlarda çənə hissə iri olur, aşağı uzanır, ikinci buxaq yaranır, burun kənarı qatlar dərinləşir".

Milli.Az


Etiketlər:  Ağzı ilə nəfəs alanlar tez qocalır Həkim


RƏYLƏR