Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2024 12:35
Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) nəşinin bu gün Bakıya gətiriləcəyi planlaşdırılır.
Sonxeber.net bildirir ki, bu barədə baku tv-yə Əməkdar artistin yaxınları bildiriblər.
Onlar qeyd edib ki, sənətçi dünyasını Türkiyədə dəyişdiyinə görə sənədləşmə prosesi uzun çəkir. Bu səbəbdən cənazənin ölkəyə gətirilməsi yubanır.
"Sənədləşmə işləri həll olunan kimi Əməkdar artistin nəşi Türkiyəyə göndərilən xüsusi təyyarə ilə Bakıya yola düşəcək".
Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) bu gecə Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.