Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2024 14:54
Mədəniyyət Nazirliyi ötən gün Ankarada dünyasını dəyişən Əməkdar artist Aygün Bəylərin uzun müddət onkoloji xəstəlikdən müalicə olunduğunu bildirib.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, mərhumun cənazəsi hazırda təyyarə ilə Azərbaycana gətirilir.
Qeyd olunub ki, Əməkdar artistin səhhəti ilə əlaqədar məsələlər ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfindən nəzarətə götürülmüşdü və müalicəsinə zəruri dəstək göstərilirdi: "Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu Aygün Bəylər bir müddət əvvəl müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə getmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətində ağırlaşma baş verib və müğənninin həyatını xilas etmək mümkün olmayıb".