Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" bu futbolçu ilə yolları ayırdı

Tarix: 8 Yanvar 2024 13:22

"Qarabağ"ın ispaniyalı futbolçusu Qaspar Panadero Ağdam klubundan ayrılıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, klub rəhbərliyinə və azarkeşlərə təşəkkürünü bildirib: "Hörmətli komanda yoldaşlarım, məşqçilər heyəti, rəhbərlik və hər şeydən əvvəl inanılmaz "Qarabağ" azarkeşləri, vida vaxtı gəldi. İlk növbədə layihədə mənə etibar etdiyi üçün kluba təşəkkürümü bildirirəm. Formanızı geyinmək şərəfdir. Kluba və komanda yoldaşlarıma təşəkkür edirəm. Azarkeşlərə isə dərin minnətdarlığımı bildirirəm.

Müxtəlif şərtlərlə əlaqədar performans baxımından mənim üçün ən yaxşı dövr deyildi, çətin dönəmlər idi. Ən yaxşı oyunumu göstərmək istərdim, lakin bura uyğunlaşmaqda çətinlik çəkdim. Buna baxmayaraq, çalışqanlığım maksimum həddə idi. Daha çox şans əldə etməyə çalışdım, amma futbol bəzən belə işləyir. Həqiqətən də səviyyəmi nümayiş etdirmək istərdim. Gələcəkdə sizə ən yaxşısını arzulayıram. Hər şey üçün təşəkkür edirəm".

Qeyd edək ki, "Qarabağ"a 2021-ci ilin yayında İspaniyanın "Kadis" klubundan keçən Qaspar Panadero Ağdam təmsilçisinin heyətində Premyer Liqada cəmi 4 oyuna çıxıb.

Milli.Az


Etiketlər:  Qarabağ bu futbolçu ilə yolları ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ