Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2024 16:30
İranın dini rəhbəri Əli Xameneinin ofisinin müşaviri Möhsün Səravani İsrailə casusluq ittihamına görə edam edilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "İran İnternathional" məlumat yayıb.
Bildirilib ki, noyabrın 16-da gizli şəkildə ica edilən gənc müşavirin edamı haqda bu gün xəbər sızdırılıb.
Möhsün Səravani 2017-ci ildə Sistan və Bəlucistan əyalətinin valisinin müşaviri kimi rəsmi fəaliyyətə başlayıb.
Qısa müddət sonra Əli Xameneinin xüsusi işlər üzrə müavini Vəhid Həqqanianla yaxın əlaqə quran Səravani rəhbərlik ofisində işə götürülüb.
2022-ci ilin aprel ayında həbs edilən Möhsün Səravani barəsində "MOSSAD-a casusluq və İranın nüvə alimlərinə terror planlaşdırmaq" ittihamları irəli sürülmüşdü.