Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbul məhkəməsi məscidin imamını yaralayan şəxsi həbs edib

İstanbul məhkəməsi məscidin imamını yaralayan şəxsi həbs edib

Tarix: 9 Yanvar 2024 21:54

Türkiyənin İstanbul şəhər məhkəməsi məsciddə imamı bıçaqlayan şəxsi həbs edib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Habertürk" telekanalı məlumat yayıb.

Həbs hadisə ilə bağlı cinayət işi açan prokurorluğun sorğusu əsasında həyata keçirilib.

Hadisə yanvarın 8-də axşam saatlarında namaz vaxtı baş verib.

İstintaqın məlumatına görə, hücum edən şəxs Bursa şəhərindən İstanbula gəlib və onun kriminal keçmişi var. Həmçinin psixoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.


Etiketlər:  İstanbul məhkəməsi məscidin imamını yaralayan şəxsi həbs edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ