Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2024 00:46
İsveç hökuməti yaxın illərdə artilleriya sursatlarının istehsalını üç dəfə, istehsal tempini isə əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Conson deyib.
O bildirib ki, söhbət ilk növbədə Ukraynaya tədarük edilən 155 mm çaplı mərmilərdən gedir:
"Əslində onların istehsalı artıq artırılıb, lakin hökumətin fikrincə, bu, kifayət deyil".