Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekvadordakı iğtişaşlarda ölənlərin sayı artdı - YENİLƏNİB

Ekvadordakı iğtişaşlarda ölənlərin sayı artdı - YENİLƏNİB

Tarix: 10 Yanvar 2024 09:54

Ekvadorun Quayakil və Nobol şəhərlərində iğtişaşlar zamanı 10 nəfər həlak olub. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ekvadorun Milli polisi öz "X" hesabında paylaşıb. 

Məlumata görə, həlak olanlardan ikisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Quayakil şəhərinin meri isə cinayət və qarşıdurma ilə bağlı 1900-dən çox məlumat daxil olduğunu bildirib. 

Paytaxt Kitoda isə hazırda zirehli texnikalar patrul xidməti həyata keçirir.

Qeyd edək ki, yanvarın 7-si "Los-Çoneros" cinayətkar dəstəsinin başçısı həbsdən qaçdıqdan sonra ölkənin bir neçə cəzaçəkmə müəssisəsində qiyamlar baş verib. Yanvarın 8-i ölkə Prezidenti Daniel Noboa fövqəladə vəziyyət rejiminin və komendant saatı elan edib. Yanvarın 9-u isə bir qrup silahlı şəxs "TC" televiziya kanalına basqın edib. Polis sözügedən şəxsləri saxlayıb.

---------

07:19

Ekvadorun Quayakil şəhərini bürümüş iğtişaşlar zamanı azı 8 nəfər ölüb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli hakimiyyət orqanları məlumat verib.

Qeyd edilir ki, silahlı quldurların təşəbbüsü ilə zorakılıq dalğası başlayıb. Cinayətkarlar küçələrdə polisləri güllələyirlər. Buna cavab olaraq prezident Daniel Noboa fövqəladə vəziyyət elan edib.

Terrorçu sayılan nüfuzlu qruplaşmaların liderlərinin həbsxanadan qaçmasından sonra etirazlar və iğtişaşlar başlayıb. Bununla əlaqədar olaraq, "daxili silahlı münaqişə" rejiminin elan edilməsindən, habelə bir neçə həbsxananın və yerli televiziya kanalının silahlı quldurlar tərəfindən ələ keçirilməsindən sonra hərbi texnika küçələrə çıxıb.

"Los Lobos" cinayətkar qrupunun lideri, "Kapitan Piko" kimi tanınan Fabrisio Kolon Piko küçələrdəki xaosdan istifadə edərək Riobamba həbsxanasından qaçıb. Həbsxanadan həmçinin "Fito" kimi tanınan, 12 il həbs cəzası çəkməli olan Adolfo Masias da qaçıb.

Bundan əvvəl Ekvador polisinin xüsusi təyinatlıları silahlı quldurlar tərəfindən ələ keçirilən TS telekanalının studiyasına göndərilib. Cinayətkarların Quayakil şəhərində televiziya kanalının binasına soxulması ilə əlaqədar polisin verdiyi açıqlamada fövqəladə vəziyyəti aradan qaldırmaq üçün hadisə yerinə ixtisaslaşdırılmış bölmələrin göndərildiyi bildirilib.


Etiketlər:  Ekvadordakı iğtişaşlarda ölənlərin sayı artdı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ