Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rövşən Əsgərov CƏRİMƏLƏNDİ

Rövşən Əsgərov CƏRİMƏLƏNDİ

Tarix: 10 Yanvar 2024 13:12

Azərbaycanlı jurnalist və "Nə? Harada? Nə zaman?" televiziya oyununun iştirakçısı Rövşən Əsgərov Moskvanın Savyolovski Məhkəməsi tərəfindən 50 min rubl (945 AZN) cərimələnib.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

R. Əsgərov İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 4-cü hissəsi (Xarici şəxsin fəaliyyət göstərməsi qaydasını pozma) ilə təqsirli bilinib. Səbəb ulduzun şəxsi "Youtube" kanalında xarici şəxs işarəsinin olmaması olub.

Qeyd edək ki, ötən ilin sentyabrında məhkəmə artıq Əsgərovu oxşar maddə ilə cərimələyib. Bundan əlavə, avqust ayında o, xarici şəxs kimi səlahiyyətli orqana hesabat təqdim etmədiyinə görə də cərimələnib.


Etiketlər:  Rövşən Əsgərov CƏRİMƏLƏNDİ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ