Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şahruddinin komandası autsayderlə oyunda xal itirdi

Şahruddinin komandası autsayderlə oyunda xal itirdi

Tarix: 11 Yanvar 2024 06:26

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor" bu gün Türkiyə Superliqasında 16-cı turun təxirə salınmış oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda evdə autsayder "İstanbulspor"la qarşılaşıb. Matçda meydan sahibləri 2:0 hesabda öndə olsa da, yekunda qələbəni əldən verib. Görüş 2:2 hesabı ilə başa çatıb. Şahruddin Məhəmmədəliyev meydana start heyətdə çıxıb və sonadək oynayıb.

"Adana Demirspor" - "İstanbulspor" - 2:2
Qollar: Barasi, 29 (1:0), Qravillon, 78 (2:0), Vorobyovas, 80 (2:1), Duhaney, 85 (2:2)

Qeyd edək ki, "Adana Demirspor" hazırda Superliqanın turnir cədvəlində 29 xalla (19 oyun) 5-ci, "İstanbulspor" isə 6 xalla (19 oyun) sonuncu-20-cidir.

Milli.Az


Etiketlər:  Şahruddinin komandası autsayderlə oyunda xal itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ