Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2024 22:48
Futbol üzrə Türkiyə Superliqasında XVI turdan təxirə salınmış növbəti oyun keçirilib.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, "Sivasspor" doğma meydanda "Qalatasaray"ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Matçda hesabı 45+1-ci dəqiqədə Kərəm Dəmirbay açıb. Meydan sahiblərinin heyətində isə 86-cı dəqiqədə Fode Koita fərqlənib. Qarşılaşmanın 90+7-ci dəqiqəsində Kərəm Aktürkoğlu qırmızı vərəqə alaraq "cim-bom"u azlıqda qoyub.
Bu nəticədən sonra xallarını 48-ə çatdıran "Qalatasaray" ikinci pillədə qalıb. Turnir cədvəlinə isə 50 xalla "Fənərbağça" rəhbərlik edir.