Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dollara tələb 50% artdı – Ekspert xəbərdarlıq edir

Dollara tələb 50% artdı – Ekspert xəbərdarlıq edir

Tarix: 11 Yanvar 2024 23:28

Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 80.4 milyon dollarlıq sifarişin qeydə alınması valyuta bazarında tələbin hələ də yüksək olduğundan xəbər verir. Srağagün keçirilən hərracda isə 74.9 milyon dollar satılmışdı. Bu o deməkdir ki, son 2 hərracda 155.3 milyon dollar satılıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin birinci ayında keçirilən ilk 2 hərracda 103.9 milyon dollar satılmışdı. Yəni iki hərraclıq müqayisədə tələb 50 faizə yaxın artıb.

Sonxeber.net xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov "Facebook"da yazıb.

"Azərbaycanda idxalın artması dollara tələbi yüksəldir. Doğrudur, 1 həftəlik bayram günləri də dollar sifarişlərinə təsirsiz ötüşmədi. Bununla belə, xüsusən real sektorda dollar tələbində artımlar müşahidə olunmaqdadır.

Bu baxımdan, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. Hərracların keçirilməsi mütəmadiliyi tələbin daha çevik tənzimlənməsinə səbəb ola bilər", - o qeyd edib.

Millət vəkili bildirib ki, bunlar manata təzyiqi artırsa da, ölkə üzən məzənnəyə keçmədiyindən, dolların kursunu MB təyin edir.


Etiketlər:  Dollara tələb artdı Ekspert xəbərdarlıq edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ