Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 19:20
Ukraynanın Nikolayev vilayətinin Berezneqovatoe qəsəbəsində çavuş bölük komandirinin müavinini, daha sonra özünü güllələyib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə yerli "Strana" nəşri prokurorluğa istinadən məlumat yayıb.
İnsident yanvarın 7-də axşam saat 21:00 radələrində baş verib. Prokurorluğun məlumatına görə, bölüyün çavuşu öz avtomatından komandirə 6 dəfə atəş açıb.
"Berezneqovatı kəndində hərbi qulluqçu, ona təyin edilmiş avtomatdan bölük komandirinin müavininə 6 atəş açıb. Hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib. Biz hadisəni araşdırırıq", - hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb.