Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məhəmməd Salah gələcək karyerası barədə qərarı verdi

Məhəmməd Salah gələcək karyerası barədə qərarı verdi

Tarix: 13 Yanvar 2024 09:36

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə klubu ilə yeni müqavilə imzalayacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, misirli futbolçu "mersisaydlılar"la yeni müqavilənin şərtlərini praktiki olaraq razılaşdırıb.

Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ildə "Roma"dan "Liverpul"a keçib. O, bu mövsüm İngiltərə komandasının heyətində bütün turnirlərdə 27 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt" internet portalının məlumatına görə, 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyondur.

Hazırda "Liverpul" 2023/2024 mövsümü üçün İngiltərə Premyer Liqasının turnir cədvəlində birinci yerdədir.

Milli.Az


Etiketlər:  Məhəmməd Salah gələcək karyerası barədə qərarı verdi


RƏYLƏR