Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Tarix: 14 Yanvar 2024 18:33

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür.

Düzgün qidalanma ilə immunitetinizi gücləndirin

Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmin möhkəmləndirilməsinə dəstək verir.  

Formada qalmaq üçün hər gün kifayət qədər su için

Həm fiziki, həm də zehni sağlamlıq üçün gündəlik istehlak edilən suyun lazımi miqdarda olması önəmlidir. Su güclü immunitet üçün əvəzolunmaz amildir.

Açıq havada fiziki fəaliyyətlə məşğul olun, bol oksigen qəbul edin

Ağciyərlərinizə bol oksigen daxil olması sağlam olmaq üçün atacağınız ən vacib addımlardan biri ola bilər. Bunun üçün ən təsirli üsul kimi hər gün müntəzəm olaraq açıq havada gəzmək, qaçmaq və idman etmək lazımdır. Bu zaman qəbul etdiyiniz oksigen qan təzyiqi, zehni funksiyalar və ümumi sağlamlıq üçün çox faydalıdır.

Şəxsi gigiyena vacibdir: Əllərinizi tez-tez antibakterial maye sabunla yuyun

Gün ərzində toxunduğumuz səthlər, əl dəydiyimiz pul, açar və buna bənzər əşyalar səbəbindən əl gigiyenasına diqqət etmək lazımdır. Əllərinizi gün ərzində tez-tez antibakterial maye sabun və bol su ilə yumaq xəstələnmə riskini əhəmiyyətli dərəcədə azaldır.

Qapalı yerlərdə və ictimai nəqliyyatda maskadan istifadə edin

Pandemiya dövründə epidemik xəstəliklərə qarşı ən təsirli üsullardan olan birdəfəlik maskalardan istifadə edin. Xüsusən xəstəliyin ağır keçə biləcəyi yaşlı insanlar, ciddi xəstəlikləri olanlar və immun sistemi zəif olan şəxslərə xəstəliyə yoluxmaq riskini riskini azaltmaq üçün maskalardan istifadə tövsiyə edilir.

Milli.Az


Etiketlər:  Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr


RƏYLƏR