Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çində uçan mədəndə 13 işçinin cəsədi tapıldı

Çində uçan mədəndə 13 işçinin cəsədi tapıldı

Tarix: 15 Yanvar 2024 09:50

Çinin Pinqdinqşan şəhərində (Henan əyaləti, Mərkəzi Çin) kömür mədənində işləyən 13 mədənçinin ölümü təsdiqlənib, daha üç mədənçi itkin düşmüş hesab olunur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə mədənin sahibi olan "Tianan Coal Mining" şirkətinin nümayəndəsi məlumat verib.

Fövqəladə hadisə cümə günü Pekin vaxtı ilə saat 14:55-də (Moskva vaxtı ilə 09:55) baş verib. İlkin məlumata görə, səbəb qaz və kömürün püskürməsi olub.

Xilasetmə işləri davam edir, hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Çində uçan mədəndə 13 işçinin cəsədi tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ