Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 17:02
Britaniya Parlamentinin İcmalar Palatasında 20 Yanvar faciəsinin ildönümünün qeyd edilməsinə həsr olunmuş ilkin qanunvericilik təşəbbüsü irəli sürülüb.
Azərbaycanın Britaniyadakı səfirliyindən Sonxeber.net-a verilən xəbərə görə, qanunvericilik təşəbbüsündə Parlament tərəfindən 1990-cı il 20 yanvar tarixində Sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində həlak olan 150 mülki şəxsin xatirəsinin anıldığı qeyd olunub.
Parlamentdə Azərbaycanla Dostluq Qrupunun sədri Bob Bləkmən tərəfindən irəli sürülmüş bu təşəbbüslə Britaniya Parlamentinin bütün üzvləri 20 Yanvar hadisələrini yad etməyə çağırılıb.